Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp Ukraynanın məğlub olduğunu bəyan etdi
dünya

Tramp Ukraynanın məğlub olduğunu bəyan etdi

29-04-2026 22:00 24 Baxış
IMG

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanı məğlub etdiyini bildirib, lakin o, bu açıqlamasını İrana istinadlarla əsaslandırıb.

 

Tvit.az bu barədə "Tass"a istinadən xəbər verir. 

 

"Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub. Onların 159 gəmisi var idi. Həmin gəmilərin hamısı indi su altındadır. Onların bütün hərbi təyyarələri vurulub. Bunu saxta xəbərləri oxuyanda bilməzsiniz", - deyə Amerika lideri Ağ Evdə jurnalistlərə danışarkən qeyd edib. 

 

O, həmçinin Ukrayna və İrandakı münaqişələrin təxminən eyni vaxtda bitə biləcəyi fikrini də dilə gətirib. Tramp iki münaqişədən hansının daha tez bitəcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, bəlkə də müharibələr oxşar cədvəl üzrə bitdi. 

 

Aysel Şirinova