Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bayramlarla əlaqədar 5 gün ardıcıl iş olmayacaq
sosial

Bayramlarla əlaqədar 5 gün ardıcıl iş olmayacaq

30-04-2026 11:00 22 Baxış
IMG

May ayında Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.

"Tvit.az" xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır.

Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün növbəti gün – 29 may istirahət günü olacaq.

Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir.

Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl iş olmayacaq.