Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu marşrut avtobusları yenilənir
sosial

Bu marşrut avtobusları yenilənir

01-05-2026 19:00 15 Baxış
IMG

Sabahdan Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini metronun "Neftçilər" stansiyası və "8-ci kilometr bazarı" ilə əlaqələndirən 185 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

 

Bu barədə Tvit.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Məlumata əsasən, ümumilikdə 12 avtobus 13 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir.