ABŞ-ın siyasi məsələlər üzrə dövlət katibinin müavini Huker və Qətər Xarici İşlər Nazirliyinin dövlət naziri əl-Xulayfi arasında Vaşinqtonda görüş keçirilib.
Tvit.az xəbər verir ki, bu barədə arici KİV məlumat yayıb.
Məlumata əsasən, tərəflər ABŞ ilə Qətər arasında strateji münasibətlərin inkişafını, eləcə də onların daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər. Regional vəziyyət və gərginliyin azaldılması istiqamətində görülən tədbirlər xüsusi diqqət mərkəzində olub.
Danışıqlar zamanı ABŞ ilə İran arasında atəşkəs rejimi ilə bağlı məsələlər, həmçinin gərginliyin daha da artmasının qarşısının alınması üçün tədbirlər də müzakirə edilib. Görüşün yekununda tərəflər regional məsələlər üzrə sıx koordinasiyanın davam etdirilməsində və ikitərəfli əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Aysel Şirinova