Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldi
sosial

Ancelina Coli məhkəmədə Bred Pittə qalib gəldi

06-05-2026 14:00 10 Baxış
IMG

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pittlə şəxsi mesajlarının açıqlanması ilə bağlı məhkəmədə qalib gəlib.

 

Tvit.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

 

“Mayın 5-i hakim Pittin vəkillərinin vəsatətini rədd edib. Həmin vəsatətdə Colidən onların şərab zavodu ilə bağlı mübahisəsinə aid 22 mesajın təqdim olunması tələb edilirdi.

 

Colinin vəkillərinin sözlərinə görə, bu mesajlar vəkil-müştəri məxfiliyi ilə qorunur.

 

Bu qərarla hakim əvvəlki məhkəmə instansiyasının mesajların məcburi təqdim edilməsi ilə bağlı qərarını ləğv edən apellyasiya məhkəməsinin mövqeyini dəstəkləyib”, - məlumatda bildirilib.