Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bəzi yerlərdə intensiv yağış yağır, dolu düşüb - FAKTİKİ HAVA
sosial

Bəzi yerlərdə intensiv yağış yağır, dolu düşüb - FAKTİKİ HAVA

13-05-2026 18:00 42 Baxış
IMG

Mayın 13-ü saat 18:00-a olan faktiki hava açıqıanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Tvit.az-a verilən xəbərə görə, mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

 

Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

 

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.