Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda WUF13 Festivalına yekun vuruldu
sosial

Bakıda WUF13 Festivalına yekun vuruldu

13-05-2026 19:00 40 Baxış
IMG

ə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə təşkil olunan festivala Bakıda yekun vurulub.

 

"Tvit.az" xəbər verir ki, WUF13 Festivalının axşam proqramı Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında keçirilib.

 

Tədbirdə çıxış edən “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov tədbir iştirakçılarına festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verib.

 

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb.

 

Tədbir konsert proqramı ilə davam edib.