İran çərşənbə axşamından etibarən Çin gəmilərinə Tehranın müəyyən etdiyi qaydalara əsasən Hörmüz boğazından keçmək hüququ verib.
Tvit.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Çinin xarici işlər naziri Vanq Yi və Çinin İrandakı səfirinin müraciətlərindən sonra strateji tərəfdaşlığın bir hissəsi olaraq Çin gəmilərinin keçidini asanlaşdırmaq qərarı verilib. Keçid qaydaları razılaşdırıldıqdan sonra Pekinin xahişi ilə müəyyən Çin gəmilərinin Hörmüz boğazında maneəsiz üzməsinə icazə veriləcəyi barədə razılığa gəlinib.
Aysel Şirinova