Küveyt ordusu ölkəni hədəf alan raket və PUA hücumlarına hava hücumundan müdafiə sistemləri ilə cavab verdiyini açıqladı.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bəyanatda ölkədə eşidilən partlayış səslərinin hava hücumlarından müdafiə sistemlərinin hücumların qarşısını alması ilə əlaqəli olduğu və vətəndaşların təhlükəsizlik təlimatlarına əməl etmələri tövsiyə edildiyi bildirilib.
Hücumların mənbəyi və ya xarakteri barədə ətraflı məlumat verilməyib.
Elmin Alışov