Ukraynalı kişi küçədə zorla saxlanıldıqdan sonra aparıldığı hərbi çağırış məntəqəsində tibbi müayinə zamanı ölüb.
Tvit.az xəbər verir ki, "Strana" nəşrinin məlumatına görə, hadisə Dnepropetrovskda baş verib.
Əsgərin həyat yoldaşının sözlərinə görə, əri kamuflyaj forması və balaklava geyinmiş bir neçə kişi tərəfindən mikroavtobusa zorla mindirilib. Bir neçə saat sonra ona tibbi müayinə zamanı ərinin ürək dayanmasından öldüyü bildirilib. Lakin qadın vurğulayır ki, ərinin heç vaxt ürək problemi olmayıb.
"O, obyektiv araşdırma aparmağa çalışır və məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyir", - deyə qeyd edilib.
Aysel Şirinova