Kanada hakimiyyəti Hörmüz boğazından gəmiçiliyin bərpasına kömək etməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bu açıqlamanı Fransada keçirilən G7 sammitinə gəlməzdən əvvəl verib.
Baş nazir qeyd edib ki, ABŞ və İranın razılaşmanı imzalamasından sonra Kanadanın bu məsələdə necə kömək edə biləcəyini digər G7 liderləri ilə müzakirə etməyə hazırdır.
Pakistanın Baş naziri Şahbaz Şərifin X-də daha əvvəl elan etdiyi kimi, ABŞ və İran arasında razılaşma əldə edilib və imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.
ABŞ prezidenti Donald Tramp da TruthSocial-da ABŞ və İranın razılığa gəldiyini açıqladı. O, həmçinin İrana qarşı dəniz blokadasının qaldırılmasını əmr etdiyini və Hörmüz boğazından gəmilərin yenidən yük daşınmasına "icazə verdiyini" açıqladı. Tramp bildirib ki, Hörmüz boğazı 19 iyunda İranla müqavilə imzalandıqdan sonra "mina təmizləmə üçün" açılacaq.
Aysel