Kanadanın Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarı məna və praktiki dəyərdən məhrum olan qarşıdurma jestidir.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın Ottavadakı səfiri Oleq Stepanov Kanadanın Baş naziri Mark Karninin Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər elan etməsini şərh edərkən bildirib.
Diplomat vurğulayıb ki, "Bu, rəsmi Ottavanın daha bir qarşıdurma jestidir. Və tamamilə mənasız bir jestdir. Kanada sanksiyaları sırf kağız üzərindədir və heç bir praktik təsirə malik deyil".
Kanadanın Rusiya əleyhinə yeni sanksiyalar paketi 162 şəxsə, təşkilata və gəmiyə şamil edilib. Bu məhdudiyyətlərin, xüsusən də Rusiyanın sözdə kölgə donanmasını və müdafiə sənayesini hədəf aldığı deyilir.
Aysel Şirinova