Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya NATO Ukrayna üçün yeni maliyyə yardımı paketi hazırlayır
dünya

NATO Ukrayna üçün yeni maliyyə yardımı paketi hazırlayır

18-06-2026 10:00 21 Baxış
IMG

NATO ölkələri Ukraynaya 70 milyard avroluq hərbi yardım göstərməyi nəzərdən keçirir, ABŞ-ın Almaniyanın təklif etdiyi yeni təşəbbüsdə iştirakı isə qeyri-müəyyən olaraq qalır.

 

Tvit.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri məlumat yayıb.

 

Məlumata əsasən, bu məsələ  alyansın 7-8 iyul tarixlərində keçiriləcək sammitində əsas potensial nəticələrindən biri ola bilər. Bir neçə NATO diplomatı portala Kiyev üçün "Ankara sammitində elan ediləcək" maliyyə yardımı paketinin müzakirə olunduğunu təsdiqləyib. 

 

NATO-nun baş katibi Mark Rutte Euractiv-in ABŞ-ın bu təşəbbüsdə iştirakının gözlənilib-görünmədiyi ilə bağlı sualına cavab olaraq bildirib:

"Ukraynanın ehtiyac duyduğu böyük məbləğlərə gəldikdə, onlar avropalılar və Kanada tərəfindən ödənilir. Vaşinqton Kiyevə bütün lazımi yardımı göstərməyə davam etdiyini çox açıq şəkildə bildirib", - deyə o, əlavə edib.

 

Alyansın diplomatlarından birinin vurğuladığı kimi, bu təklif tam dəstək qazanıb. Rutte əvvəllər üzv dövlətlərin Ukraynanı dəstəkləmək üçün mütəmadi olaraq ÜDM-in 0,25%-ni ayırmasını təklif etmişdi, lakin bu fikir rədd edildi. Təşkilat hazırda Almaniya təşəbbüsünə diqqət yetirir.