NATO-nun Avropa ölkələri və bu prosesi Avropa İttifaqı səviyyəsində koordinasiya edən Kanada 2025-ci ildə hərbi xərclərini 90 milyard avro və ya təxminən 20% artırıblar.
Tvit.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte NATO müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.
“Avropa ölkələri və Kanada 2025-ci ildə müdafiəyə 90 milyard avro daha çox vəsait ayırıblar ki, bu da təxminən 20 faizlik artım deməkdir”, – deyə Baş katib vurğulayıb.
O, NATO ölkələrini silahlanmanın artırılması baxımından “Rusiya və Çini geridə qoymağa” çağırıb.
Aysel