Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ronaldonu tənqid etdi: Komanda qol vurmalıdır, sən yox
dünya

Ronaldonu tənqid etdi: Komanda qol vurmalıdır, sən yox

18-06-2026 11:00 34 Baxış
IMG

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Konqo Demokratik Respublikasına qarşı Dünya Kuboku matçında milli komandasının qol vurmaq cəhdinə mane olub.

 

Tvit.az xəbər verir ki, bu fikirləri Fransa millisi ilə Dünya Kuboku çempionu olmuş Tyerri Anri bildirib.

 

"Komanda qol vurmalıdır, sən yox. Epizodların birində Bruno Fernandesə ötürmə edilir, amma o, qol vurmaq istədiyi üçün ötürmənin qarşısını alır", - deyə Henri bildirib. "Fernandesin reaksiyasını gördük, sanki o, "Topu ötür, boşluq yarat ki, mən qol vura bilim" deyirdi. Amma bu baş vermədi".

 

Qeyd edək ki, portuqaliyalılar oyunda Konqo DR komandası ilə 1-1 hesablı heç-heçə  edib. Ronaldo bütün matçı qol vurmadan keçirib.

 

Aysel Şirinova