Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Almaniya PURL proqramı çərçivəsində növbəti paketdə Ukraynaya 200 milyon dollar ayıracaq
dünya

Almaniya PURL proqramı çərçivəsində növbəti paketdə Ukraynaya 200 milyon dollar ayıracaq

18-06-2026 11:00 20 Baxış
IMG

Almaniya PURL (Amerika Birləşmiş Ştatlarının Yardım və Müdafiə Qanununun Məqsədləri) proqramı çərçivəsində Ukraynaya növbəti yardım paketində iştirak etmək üçün 200 milyon dollar ayıracaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bunu NATO müdafiə nazirlərinin planlaşdırılan görüşünə gələrkən jurnalistlərə bildirib.

 

"Biz bir daha - dördüncü dəfə - PURL mexanizm paketində iştirak edəcəyik. Bu halda, söhbət ilk növbədə hava hücumundan müdafiə sistemləri üçün təcili ehtiyac duyulan sursatdan gedir. Bu dəfə biz 200 milyon dollar ianə edəcəyik", - deyə nazir bildirib.

 

Müdafiə naziri qeyd edib ki, ukraynalı həmkarı Mixaylo Fedorov da Patriot hava hücumundan müdafiə sistemi üçün idarə olunan raketlərin alınmasını nəzərdə tutan JumpStart proqramına dəstək istəyib. 

 

Aysel Şirinova