"Güclü Ermənistan" partiyası digər müxalifət qrupları ilə birlikdə tərəfdarlarını səfərbər etmək üçün genişmiqyaslı mitinq təşkil edir.
Tvit.az xəbər verir ki, bu barədə iyunun 18-də partiya lideri Samvel Karapetyan bildirib.
"Tezliklə bütün müxalifət qüvvələri ilə birlikdə "Güclü və Etibarlı Mitinq" adlandırdığım mitinq keçirəcəyik", - deyə "Sputnik Ermənistan" onun sözlərini sitat gətirib.
Karapetyanın sözlərinə görə, belə bir tədbirin keçirilməsi zəruridir, çünki yalnız belə bir format müxalifət hərəkatına ictimai dəstəyi təmin etməyə imkan verəcək.
Aysel