Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ukrayna Braziliya prezidentindən Rusiya ilə danışıqlarda vasitəçilik etməsini istəyib
dünya

Ukrayna Braziliya prezidentindən Rusiya ilə danışıqlarda vasitəçilik etməsini istəyib

19-06-2026 10:00 33 Baxış
IMG

Ukrayna hakimiyyəti Braziliya prezidenti Luis İnasio Lula da Silvanın Rusiya ilə danışıqlarda vasitəçilik edə biləcəyinə ümid edir.

 

Tvit.az xəbər verir ki, bu barədə yerli UOL portalı Braziliya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, Vladimir Zelenski Fransada keçirilən G7 sammiti çərçivəsində Braziliya lideri ilə görüş istəyib və Ukraynanın mövqeyini dövlət başçısına çatdırmaq üçün 40 dəqiqədən çox vaxt sərf edib.

 

Braziliya hökumətinin fikrincə, Kiyevin mövqeyi Lula da Silvanın Avropa siyasətçilərindən fərqli olaraq Rusiya prezidenti Vladimir Putinlə etibarlı əlaqələr saxlaması ilə bağlıdır.

 

Media əlavə edib ki, hazırda iki prezident arasında telefon danışığı və ya şəxsən görüş planlaşdırılmasa da, Rusiya və Braziliya liderləri sentyabr ayında Hindistanın Nyu-Dehli şəhərində keçiriləcək BRICS sammiti zamanı ikitərəfli danışıqlar apara bilərlər. 

 

Aysel Şirinova