Livan ordusunun şəxsi heyəti Beyrutda ABŞ səfirliyinin ətrafındakı ərazidə təhlükəsizlik tədbirlərini pozduqlarına görə iki nəfəri saxlayıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, diplomatik nümayəndəliyin ərazisini qoruyan əsgərlər nəqliyyat vasitələrindən biri nəzarət məntəqəsində dayana bilmədikdən sonra xəbərdarlıq atəşi açıblar. Lakin sürücü əmrə məhəl qoymayıb və hadisə yerindən qaçmağa cəhd edib, lakin tezliklə saxlanılıb.
Hərbçilər Amerika səfirliyinin ərazisində nəqliyyatın hərəkətini müvəqqəti olaraq dayandırıb və hakimiyyət orqanları hadisəni araşdırır.
Aysel