Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Comərt Tokayev arasında telefon danışığı olub.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Rusiya Prezidentinin may ayında Qazaxıstana dövlət səfəri zamanı əldə edilən razılaşmalara uyğun olaraq, hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik də daxil olmaqla, Rusiya-Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsinin cari mövzusu müzakirə olunub", - deyə bəyanatda qeyd edilib.
Söhbət zamanı Tokayev Brüsselə son səfəri ilə bağlı təəssüratlarını da bölüşüb.
Aysel Şirinova