Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Fransa Milli Assambleyası hərbi büdcənin 2030-cu ilə qədər artırılmasını təsdiqləyib
dünya

Fransa Milli Assambleyası hərbi büdcənin 2030-cu ilə qədər artırılmasını təsdiqləyib

01-07-2026 21:00 10 Baxış
IMG

Fransa Milli Assambleya (Fransa parlamentinin aşağı palatası) hökumətin təşəbbüsü ilə ölkənin hərbi büdcəsinin 2030-cu ilə qədər 36 milyard avro artırılmasını yekun olaraq təsdiqləyib. S

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, səsvermə parlamentin veb saytında canlı yayımlanıb.

 

Məlumata görə, bu təşəbbüsü 375 deputat dəstəkləyib və tələb olunan səs çoxluğu 245 səs olub.

 

Fransa Silahlı Qüvvələri naziri Ketrin Votrin dinləmələrin açılışında bildirib ki, "Bu qanun layihəsi 2026-2030-cu illər arasında 36 milyard avroluq maliyyələşdirmə artımını nəzərdə tutur. Əlbəttə ki, bu səylər büdcə vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini tam şəkildə anlayaraq həyata keçirilir".

 

Beləliklə, Fransada 2024-2030-cu illər proqramı çərçivəsində ümumi müdafiə xərcləri 400 milyard avrodan 436 milyard avroya qədər artacaq. Bu, Parisə milli ÜDM-in 2,5%-ə qədər müdafiə büdcəsi barədə məlumat verməyə imkan verəcək. Bu qanun silahlı qüvvələrin strukturunda dəyişikliklər nəzərdə tutmur, lakin bu sektorlara investisiyaları artırmaq üçün Ukrayna və Yaxın Şərqdəki münaqişələrin təcrübəsindən, xüsusən də raket və sursat ehtiyatlarının ölçüsü və pilotsuz uçuş aparatlarının aparıcı rolu ilə bağlı təcrübədən istifadə etməyi nəzərdə tutur.

 

Aysel Şirinova