İranın xarici işlər naziri Abbas Araqçi də ABŞ ordusunun rəhbərlik etdiyi 12 ölkənin Bəhreyndə keçirilən görüşünü tənqid edib.
Tvit.az xəbər verir ki, “CENTCOM bölgəmizə təhlükəsizlik, yoxsa qeyri-sabitlik gətirdimi? Cavab aydındır”, - deyə o, X-də paylaşımında bildirib.
O, həmçinin İranın hərbi imkanlarını tərifləyərək bildirib ki, ölkənin silahlı qüvvələri "sübut edib ki, kənar şəxslər hətta özlərini belə qoruya bilmirlər".
O əlavə edib ki, "bölgəmizdə sülh yalnız hərtərəfli və inklüziv olduqda, kənar müdaxilə olmadan qorunub saxlanıla bilər".
Aysel Şirinova