Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail İran danışıqlarını aparanları öldürməyi planlaşdırdığı barədə xəbərləri təkzib etdi
dünya

İsrail İran danışıqlarını aparanları öldürməyi planlaşdırdığı barədə xəbərləri təkzib etdi

03-07-2026 22:00 19 Baxış
IMG

İsrail İranla danışıqları aparan şəxsləri öldürməyi planlaşdırdığı barədə yayılan xəbərləri təkzib edib.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, İsrail tərəfi “The New York Times” və “The Washington Post” qəzetlərində yayımlanan məlumatları “saxta xəbər” adlandıraraq, bu iddiaların reallığı əks etdirmədiyini və tamamilə uydurma olduğunu bildirib.

 

Hər iki nəşrə anonimlik şərti ilə danışan rəsmilərin sözlərinə görə, ABŞ rəsmiləri İsrailin bu ilin əvvəlində Vaşinqton və Tehran arasında gərginliyi azaltmaq və döyüşləri dayandırmaq məqsədilə aparılan danışıqlar zamanı iranlı danışıqçıları öldürməyi planlaşdırdığına inanır.

 

Məlumata əsasən, İsrailin hədəfində İranın xarici işlər naziri Abbas Araqçi və ölkənin baş danışıqçısı, eyni zamanda parlament sədri olan Məhəmməd Baqir Qalibaf olub.

 

Xəbərdə qeyd olunur ki, İsrail regional münaqişələrin həlli üçün aparılan danışıqları pozmaq məqsədilə danışıqlarda iştirak edən tərəfləri hədəf almaqda geniş təcrübəyə malikdir.

 

Bildirilir ki, 2025-ci ilin sentyabrında İsrail, atəşkəs təklifini müzakirə etmək üçün Qətərin Doha şəhərində toplaşan HƏMAS-ın danışıqlar qrupuna zərbə endirib.

 

Aysel Şirinova