Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Dağıstanda 105 ton neft oğurlayan şəxslər həbs edilib
dünya

Dağıstanda 105 ton neft oğurlayan şəxslər həbs edilib

03-07-2026 23:00 15 Baxış
IMG

Dağıstan Respublikasının beş sakini 105 ton neft oğurladıqlarına görə iki ay müddətinə həbs edilib.

 

Tvit.az "Tass"a istinadən xəbər verir ki, Bölgənin Ali Məhkəməsinin məlumatına görə, həmin şəxslər neft sənayesinə 4,5 milyon rubl (təxminən 100 min manat) ziyan vurmaqda şübhəli bilinirlər.

 

Məlumata görə, təqsirləndirilən şəxslər 2025-ci ilin sentyabrından 2026-cı ilin martına qədər Dağıstanın Noqay rayonundakı neft quyularından oğurluq etməkdə şübhəli bilinirlər. Məhkəmə onların 1 sentyabra qədər həbs qətimkan tədbiri seçib.

 

Aysel Şirinova