Kuril adalarının cənubunda 4,6 bal gücündə zəlzələ baş verib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Zəlzələnin episentri Şikotan adasındakı Malokurilskoye kəndindən 25 kilometr qərbdə yerləşib. Hadisə nəticəsində itki və tələfat qeydə alınmayıb.
Elmin Alışov