Rekord temperaturların davam etdiyi Fransada, meşə yanğınları riskinin yüksək olması səbəbindən 50 əyalətdə narıncı həyəcan siqnalı verilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Pas-de-Kale prefekturasının açıqlamasına görə, yanğın 180 hektar əraziyə ziyan vurub və bir ev yaşayış üçün yararsız hala düşüb.
İlle-et-Vilaine prefekturasının açıqlamasına görə, dünən Sent-Just kəndində başlayan meşə yanğını indiyə qədər 200 hektar əraziyə ziyan vurub.
Ərazidən 96 nəfər təxliyə edilib və 208 yanğınsöndürən yanğının söndürülməsi işlərini davam etdirir.
Elmin Alışov