Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Fransada 50 əyalətdə narıncı həyəcan siqnalı verildi
dünya

Fransada 50 əyalətdə narıncı həyəcan siqnalı verildi

13-08-2026 16:00 12 Views
IMG

Rekord temperaturların davam etdiyi Fransada, meşə yanğınları riskinin yüksək olması səbəbindən 50 əyalətdə narıncı həyəcan siqnalı verilib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Pas-de-Kale prefekturasının açıqlamasına görə, yanğın 180 hektar əraziyə ziyan vurub və bir ev yaşayış üçün yararsız hala düşüb.


İlle-et-Vilaine prefekturasının açıqlamasına görə, dünən Sent-Just kəndində başlayan meşə yanğını indiyə qədər 200 hektar əraziyə ziyan vurub.


Ərazidən 96 nəfər təxliyə edilib və 208 yanğınsöndürən yanğının söndürülməsi işlərini davam etdirir.


Elmin Alışov