Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Moskva iqtisadiyyatı Nyu-Yorkdan sonra ikinci yerdədir" - Putin
dünya

"Moskva iqtisadiyyatı Nyu-Yorkdan sonra ikinci yerdədir" - Putin

05-05-2025 15:00 18 Baxış
IMG

Moskva iqtisadiyyatı alıcılıq qabiliyyəti paritetinə görə dünyanın meqapolisləri arasında Nyu-Yorkdan sonra ikinci yerdədir.

Tvit.az xəbər verir ki, bu sözləri  Rusiya prezidenti Vladimir Putin Moskva meri Sergey Sobyaninlə görüşündə bildirib.

Onun sözlərinə görə, Moskva ilə milyon əhalisi olan Amerika şəhərinin göstəriciləri arasında fərq çox böyük deyil və əldə edilən nəticələr sosial məsələlərin həlli üçün əsasdır.

“Bunların hamısı iqtisadi inkişaf nəticəsində yaranan imkanlardır”, - Rusiya prezidenti bildirib.

Aysel Şirinova