Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya prezidentinin nümayəndəsi rəsmilərlə Fələstin-İsrail və Suriya məsələlərini müzakirə etdi
dünya

Rusiya prezidentinin nümayəndəsi rəsmilərlə Fələstin-İsrail və Suriya məsələlərini müzakirə etdi

05-05-2025 21:00 31 Baxış
IMG

Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov İsveçrənin Moskvadakı səfiri Kristina Marti Lanq ilə Fələstin-İsrail münaqişəsi zonasında və Suriyadakı vəziyyəti müzakirə edib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər məlumat yayıb.

"Söhbət zamanı Suriya ətrafında və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafına xüsusi diqqət yetirərək Yaxın Şərq məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparıldı", - deyə nazirlik İsveçrə səfiri ilə görüşdən sonra bildirib.

Aysel Şirinova