Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda bəzi çaylarda sululuq artdı
sosial

Azərbaycanda bəzi çaylarda sululuq artdı

09-05-2025 10:00 33 Baxış
IMG

Avtomat hidroloji stansiyaların mayın 9-u saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

 

Bu barədə Tvit.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.