Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
sosial

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

09-05-2025 13:00 27 Baxış
IMG

Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

 

Bu barədə Tvit.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Naftalan, Qazax, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.