"Apple" 2027-ci ildə şüşədən hazırlanmış düzbucaqlı "iPhone" təqdim edəcək.
Tvit.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata əsasən, "İPhone" ilə birlikdə şirkət ilk qatlana bilən telefonunu, ağıllı eynəklərini və ev robotunu elan edəcək. Ən son cihaz süni intellektə əsaslanan ağıllı köməkçi olacaq.