Varşavaya cavab olaraq Moskva Polşanın Kalininqrad və ya İrkutskdakı konsulluğunu bağlaya bilər.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Qruşko bildirib.
Məlumata əsasən, nazir müavini müvafiq sualı cavablandırıb.
"Bağlana bilər. Moskva təbii ki, cavab verəcək”, - o vurğulayıb.
Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın baş konsulluğunun Krakovda fəaliyyət göstərməsi üçün verilən icazənin ləğvi barədə qərar qəbul edib.
Aysel Şirinova