Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Lənkəranda adı "Qırmızı kitab"da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb
sosial

Lənkəranda adı "Qırmızı kitab"da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb

13-05-2025 16:00 19 Baxış
IMG

Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma riayət etməyən, qanunsuz balıq ovu və brakonyerliklə məşğul olan şəxslərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

Tvit.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Fərzullayev saxlanılıb. Ondan balıqovlama alətləri və qanunsuz ovladığı 151 ədəd adı "Qırmızı kitab"a düşən müxtəlif növ balıq aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.