Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA
sosial

Bəzi rayonlarda şimşək çaxır, arabir leysan yağır - FAKTİKİ HAVA

13-05-2025 19:00 20 Baxış
IMG

Mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə "Tvit.az"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.

Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb