Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çin ABŞ-yə qoyulan məhdudiyyətləri aradan qaldırıb
dünya

Çin ABŞ-yə qoyulan məhdudiyyətləri aradan qaldırıb

14-05-2025 20:00 31 Baxış
IMG

Çin etibarsız təşkilatlar siyahısından Amerikanın 17 şirkətinə qarşı aprel ayında tətbiq edilən ixrac-idxal məhdudiyyətlərini 90 gün müddətinə aradan qaldırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, 2025-ci il aprelin 4-ü və 9-da Çin etibarsız təşkilatlar siyahısına ABŞ-nin 17 şirkətini daxil edib.

Bu müəssisələrə Çinə ixrac, idxal və investisiya qoymağı qadağan edib.

Bildirilib ki, Çin və ABŞ arasında yüksək səviyyəli ticarət və iqtisadi müzakirələr zamanı əldə olunmuş razılaşmaların icrası çərçivəsində 2025-ci il mayın 14-dən aprelin 4-də və 9-da tətbiq edilən tədbirlərin 90 gün müddətinə təxirə salınması qərara alınıb.