Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi
dünya

ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi

15-05-2025 08:00 26 Baxış
IMG

ABŞ Çin və Honq-Konqda yerləşən bəzi şəxsləri və şirkətləri İranın ballistik raket proqramını dəstəklədikləri üçün sanksiya siyahısına əlavə edib.


Tvit.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən yazılı açıqlama verilib.


Qeyd edilib ki, sözügedən şirkət və şəxslər İranın ballistik raket proqramında istifadə etmək üçün karbon lifi istehsalının lokallaşdırılması səylərini dəstəkləyib, həmçinin İran İnqilabı Keşikçiləri Korpusuna karbon lifi və karbon lifi istehsalı üçün avadanlıq verib.


Elmin Alışov