Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Suriya prezidenti Ərdoğana təşəkkür etdi
dünya

Suriya prezidenti Ərdoğana təşəkkür etdi

15-05-2025 08:00 24 Baxış
IMG

Suriya prezidenti Əhməd Şəra Suriya xalqına verdiyi dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.


Tvit.az xəbər verir ki, bu barədə Prezident Əhməd Şaraa “Əl-İxbariyyə” kanalına açıqlamasında bildirib.


“Prezident Ərdoğanı ziyarət etdim. O, 14 ildir xalqımızın yanında olan və dövlət olaraq böyük yükü çiynində daşıyan bir liderdir. O, milyonlarla suriyalıya ev sahibliyi etdi. Onda sevgi, dostluq və Suriyanın ayağa qalxmasına kömək etmək üçün tam əzm gördüm”,- deyə Suriya lideri vurğuladı.


Elmin Alışov