Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial "Səba” külli miqdarda borca düşdü
sosial

"Səba” külli miqdarda borca düşdü

15-05-2025 16:00 22 Baxış
IMG

"Səba” ASC-nin nizamnamə kapitalı azaldılıb və qanuni təmsilçisi dəyişib.

"Tvit.az" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalını 4,8 milyon manatdan 3,6 milyon manata endirib.

Beləliklə, son aylar ərzində “Səba”nın nizamnamə kapitalından 1,2 milyon manata yaxın vəsait geri götürülüb.

 

Eyni zamanda, ASC-nin qanuni təmsilçisi Mehdiyev Elçin Akif oğlu vəzifəsindən azad edilib və onun yerinə Baloğlanov Vüqar Samir oğlu təyin olunub.

 

Məlumat üçün bildirək ki, “Səba”nın dövlət qarşısında külli miqdarda vergi borcu da yaranıb və hazırda bu borcun miqdarı 432 268,60 manat təşkil edir.

 

Bu günlərdə “Səba” iyunun 30-u üçün səhmdarlarının növbəti ümumi yığıncağını çağırıb. Ümumi yığıncağın gündəliyinə bir sıra məsələ daxil edilib. Bunlar “Səba”nın ötən il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, “Səba”nın təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və həmin törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının əsas vəsaitlərinin və digər aktivlərinin satılması məsələləridir.

​​​​Xatırladaq ki, “Səba” 1997-ci ildə dövlət qeydiyyatına alınıb.