Fövqəladə Hallar Nazirliyinin əsaslı Tikinti İdarəsi yeni tender elan edib.
Tvit.az xəbər verir ki, tender Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi ilə bağlıdır.
Tenderin ilkin ehtimal olunan qiyməti 3.659.855,12 AZN-dir.
Təkliflərin son təqdim olunma tarixi 19 iyundur.
Aysel Şirinova