Azərbaycanda müxtəlif xəstəliklərin müalicəsinə bu il dövlət büdcəsindən 303,4 milyon manat vəsait ayrılacaq.
"Tvit.az" bu barədə Maliyyə Nazirliyə istinadən xəbər verir ki, həmin məbləğin 65,9 milyon manatı şəkərli diabet xəstəliyi üzrə tədbirlərə, 57,5 milyon manatı onkoloji xəstəliklər üzrə mübarizə tədbirlərinə, 50,9 milyon manatı qanın bədxassəli və irsi xəstəlikləri ilə mübarizə və təşkili tədbirlərinə, 46 milyon manatı xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirlərinə, 28,8 milyon manatı yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramına, 16,3 milyon manatı hemofiliya xəstəliyi üzrə mübarizə tədbirlərinə, 10,1 milyon manatı qanın, qan komponentlərinin donorluğunun inkişafı, qan xidmətinin təşkilinə, 7,5 milyon manatı dağınıq skleroz xəstəliyinin müalicəsinə, 6,4 milyon manatı insan immunçatışmazlığı virusu / qazanılmış immunçatışmazlığı sindromu (iiv/qiçs) ilə mübarizə tədbirlərinə, 6 milyon manatı ixtiyoz və kəpənək xəstəliyinə qarşı mübarizə tədbirlərinə, 5 milyon manatı ana və uşaqların sağlamlığının yaxşılaşdırılması tədbirlərinə, 2,4 milyon manatı vərəmlə mübarizə tədbirlərinə, 0,6 milyon manatı uşaqlarda kistoz fibroz genetik xəstəliyi ilə mübarizə tədbirlərinə xərclənəcək.