Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rumıniyada keçirilən seçkilərə digər ölkələrin birbaşa müdaxiləsi açıq-aşkar görünür - Moldova
dünya

Rumıniyada keçirilən seçkilərə digər ölkələrin birbaşa müdaxiləsi açıq-aşkar görünür - Moldova

19-05-2025 13:00 39 Baxış
IMG

Rumıniyada seçkilər digər ölkələrin və qlobalistlərin birbaşa müdaxiləsi şəraitində keçirildi.

Tvit.az xəbər verir ki, bunu Moldova Respublikasının Sosialistlər Partiyasının rəhbəri, eks-prezident İqor Dodon bildirib.

"Seçki prosesinə digər ölkələrin birbaşa müdaxiləsi var. Qlobalistlər və Sorosistlər üçün təzyiq, manipulyasiya və propaqandanın bütün metodlarına yol verilir", - o deyib.

Dodon əlavə edib ki, qərbpərəst namizəd Nicușor Dan qalib gəlib, çünki qlobalistlər onun əsas rəqibi Călin Georgescunı seçkilərdən kənarlaşdırılbar. 

 "Biz başa düşürük ki, Călin Georgescu bu seçkidə asanlıqla qalib gələrdi. Amma qlobalistlər onun iştirakını qadağan etdilər. Yaxşı, Corc Simion kifayət qədər inandırıcı deyildi. Bu, suverenlik problemi deyil, uğursuz seçki kampaniyasıdır", - deyə o, bildirib.

Aysel Şirinova