Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hindistan ABŞ ilə üç mərhələli ticarət sazişi gözləyir - Bloomberg
dünya

Hindistan ABŞ ilə üç mərhələli ticarət sazişi gözləyir - Bloomberg

20-05-2025 10:00 49 Baxış
IMG

Hindistan hakimiyyəti ABŞ ilə üç mərhələdə ikitərəfli ticarət sazişi bağlamağı gözləyir.

Tvit.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi Hindistan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Mövcud məlumatlara görə, birinci mərhələ ABŞ prezidenti Donald Trampın qarşılıqlı tariflərinin qüvvəyə minməli olduğu iyul ayına qədər Nyu Dehlinin əldə etməyi ümid etdiyi müvəqqəti razılaşma olacaq. O, çox güman ki, sənaye mallarının bazara çıxışı, bəzi kənd təsərrüfatı məhsulları və bəzi qeyri-tarif maneələrinin aradan qaldırılması kimi sahələri əhatə edəcək.

Qeyd edilib ki, danışıqlar hələ də davam edir, lakin Tramp administrasiyasının ticarət sazişinin bağlanması üçün üç mərhələli prosesə razılıq verib-vermədiyi bəlli deyil. 

Aysel Şirinova