Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bu ölkə Beynəlxalq Cinayət məhkəməsindən çıxır - Sənəd təsdiqləndi
dünya

Bu ölkə Beynəlxalq Cinayət məhkəməsindən çıxır - Sənəd təsdiqləndi

20-05-2025 11:00 15 Baxış
IMG

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması ilə bağlı qanun layihəsini yekun olaraq təsdiqləyib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsaəsn, səsvermə zamanı deputatların üçdə ikisindən çoxu sənədin lehinə səs verib.

Sənədi parlamentdə təqdim edən Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, son illər BCM ciddi şəkildə siyasiləşdirilib və beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün müxtəlif dövlətlər tərəfindən istifadə olunmağa başlayıb.

"Macarıstan hesab edir ki, siyasət və geosiyasətə beynəlxalq hüquqi təşkilatlarda yer yoxdur", - nazir bildirib.

Aysel Şirinova