Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı
sosial

Azərbaycanda liftlərin təhlükəsizliyi ilə bağlı reqlament hazırlandı

20-05-2025 16:00 16 Baxış
IMG

Azərbaycanda “Liftlərin təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Bu texniki reqlament sərnişinlərin həyat və sağlamlığının qorunması, habelə liftlərin təyinatı və təhlükəsizliyi ilə əlaqədar istehlakçıları çaşqınlığa səbəb olan hərəkətlərin qarşısını almaq məqsədilə liftlərin təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.

Gələcəkdə Azərbaycanda liftlərin təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan liftlər ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.