Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Naxçıvan şəhərinin bir çox məhəllə və küçələrində qaz təchizatında fasilə yaranacaq
sosial

Naxçıvan şəhərinin bir çox məhəllə və küçələrində qaz təchizatında fasilə yaranacaq

20-05-2025 19:00 23 Baxış
IMG

Naxçıvan şəhərinin bir çox məhəllələrində və küçələrində qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, Qoçüstü məhəlləsi və Cahan Gənclər şəhərciyini təbii qazla qidalandıran quyunun təmir edilməsi və çölə çıxarılması ilə əlaqədar qaz təchizatı Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr- Cahan Gənclər şəhərciyində 21.05.2025 tarixdə saat 14:00 dan saat 17:00 dək müvəqqəti dayandırılacaq.


Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.