Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrailin Dohadakı danışıqlar qrupu geri çağırılacaq
dünya

İsrailin Dohadakı danışıqlar qrupu geri çağırılacaq

20-05-2025 22:00 21 Baxış
IMG

Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohada olan İsrail danışıqlar qrupunun məsləhətləşmələr üçün geri dönəcəyi gözlənilir.

Tvit.az xəbər verir ki, nümayəndə heyətinin yüksək vəzifəli şəxslərinin məsləhətləşmələr üçün İsrailə geri çağırılacağı, az sayda insanın isə Dohada qalacağı bildirilib.

İsrailin dövlət televiziya kanalı KAN İsrail rəsmisinə istinadən xəbər verir ki, İsrailin Dohadakı nümayəndə heyətinin bir hissəsini tərk etməsi ABŞ-ın razılaşmanı rədd etməsi kimi görünməmək üçün atılan addımdır.

İsrail rəsmisi "ABŞ-ı incitməmək üçün Dohada qalırıq. İsrailin HƏMAS-dan əvvəl oradan qayıtması yaxşı olmazdı", - deyib.

Aysel Şirinova