Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sükan arxasında əyləşmək böyük məsuliyyət tələb edir
sosial

Sükan arxasında əyləşmək böyük məsuliyyət tələb edir

21-05-2025 13:00 20 Baxış
IMG

Valideynlər övladlarına sükan arxasında əyləşməyi etibar edərkən ona təkcə nəqliyyat vasitəsi deyil, həm də bir öhdəlik də vermiş olurlar. Çünki avtomobilin idarə olunması yalnız texniki bacarıq deyil, qaydalara hörmət, təhlükəsizliyə yanaşma və cəmiyyət qarşısında məsuliyyət tələb edir.

"Tvit.az" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilir.

Məlumatda daha sonra deyilir: “Əgər həmin dəyərlər öyrədilmirsə, hədiyyə edilən sükan bir gün təəssüf və peşmanlıqla xatırlanacaq bir qərara çevrilə bilər. Unutmaq olmaz ki, avtomobili idarə etmək hər kəsin hüququdur, təhlükəsiz davranmaq isə borcdur”.