İran ABŞ-ın Tehrandan uranın zənginləşdirilməsi fəaliyyətini tamamilə dayandırması tələbindən sonra danışıqların beşinci raundunda iştirak edib-etməmək barədə hələ qərar verməyib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçı deyib.
“Danışıqların növbəti raundunda iştirak edib-etməyəcəyimizi qiymətləndiririk. Masada ifratlara qarşı dirənəcəyik, lakin diplomatiyadan heç vaxt əl çəkməyəcəyik”,- deyə nazir bildirib.
Elmin Alışov