Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Keçmiş məhkum market əməkdaşını bıçaqla hədələdi
sosial

Keçmiş məhkum market əməkdaşını bıçaqla hədələdi

22-05-2025 12:00 26 Baxış
IMG

Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində soyğunçuluq hadisəsi qeydə alınıb.

"Tvit.az" xəbər verir ki, naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.

Araşdırma aparılır.